Dünya

Şri-Lankada daha iki nazir istefa verib

9 İyul 2022 23:44
0 Şərh     Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şri-Lanka hökumətinin daha iki naziri vəzifələrindən getdiklərini açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Şri-Lankanın "Newswire" xəbər portalı məlumat yayıb.

Baş nazirin ardınca turizm naziri Harin Fernando və əmək naziri Manuşa Nanayakkara istefa verib.

Bundan əvvəl ada dövlətinin media, nəqliyyat və avtomobil yolları naziri Bandula Qunavardana istefa verdiyini açıqlamışdı. O, həmçinin hakim Şri-Lanka Xalq Cəbhəsi Partiyasından çıxmaq qərarına gəlib. Şri-Lanka prezidentinin mətbuat xidmətinin rəhbəri Sudeva Hettiaraççi də vəzifəsindən gedib.

İyulun 9-da minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısı Qotabai Rajapaksanın istefasını tələb edib. Onlar prezident iqamətgahına daxil olublar. 30-dan çox insan yaralanıb. Daha sonra etirazçılar baş nazirin iqamətgahının ərazisinə daxil olaraq binanı yandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.