Almaniya parlamenti hökumətin Bosniya və Herseqovinadakı Avropa Birliyinin Sülhməramlı Missiyasına (EUFOR Althea) qoşun göndərilməsi və KFOR-un Kosovadakı silahlı qüvvələrinin vəzifə müddətinin daha bir il uzadılması barədə qərarını təsdiqləyib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qərara əsasən Almaniya 10 ildən sonra Bosniya və Herseqovinaya 50 hərbçi göndərəcək.
Digər tərəfdən, NATO-nun Kosova Qüvvələri (KFOR) missiyasında xidmət edən 400 alman hərbçinin isə vəzifə müddəti daha 1 il uzadılıb.
Qeyd edək ki, Almaniya ordusu 1999-cu ildən bəri beynəlxalq missiya çərçivəsində Kosovadadır.
Milli.Az