Dünya

Qadın dostlarının cəsədləri ilə 12 saat maşında qalıb

9 İyul 2022 16:07
0 Şərh     Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva vilayətinin Roşal-Şatura magistralında salonunda 4 nəfərin olduğu "Chevrolet Lacetti" markalı minik avtomobili qəzaya düşüb. Sərnişinlərdən biri maşında sıxılmış vəziyyətdə dostlarının cəsədləri ilə 12 saat qalmağa məcbur olub.

Milli.Az bildirir ki, bu barədə MK.ru məlumat yayıb.

Saytın məlumatına görə, qəza iyulun 7-də baş verib. Gecə saat 02:00 radələrində sürücü idarəetməni itirərək maşını aşırdıb. Ağır yaralanan şəxs özü maşından düşərək evə çatmağı bacarıb və sonra huşunu itirib. 

Hadisə yerinə gələn polislər salonda ölmüş iki sərnişini və bir qızı aşkar ediblər. Zədələnmiş maşınının salonunda o, gecə saat ikidən günorta ikiyə qədər qalıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.