Dünya

Ağ Evin daha bir mətbuat işçisi istefa verəcək

7 İyul 2022 08:58
0 Şərh     Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild tezliklə vəzifəsindən ayrılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o ailəsi ilə çox vaxt keçirmək üçün belə bir qərar verib.

Eyni zamanda, kanalın mənbəyi qeyd edib ki, Bedinqfild ABŞ prezidenti Co Baydenin gündəmini kənardan izləyəcək.

Vəzifəsdən getməsinə səbəb qadının azyaşlı uşaqları və bir vaxtlar prezident administrasiyasında çalışmış əri ilə daha çox vaxt keçirmək olub.

Bedinqfild Bayden hələ vitse-prezident olarkən ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.