Dünya

Sevgilisinin məşuqəsini öldürən qadın həbs edilib

5 İyul 2022 16:52
0 Şərh     Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peşəkar qadın velosipedçi Mo Uilsonun qətlində şübhəli bilinən amerikalı Keytlin Mari Armstronq Kosta Rikada həbs edilib.

Milli.Az bildirir ki, bu barədə NBC News xəbər verir.

Mo Uilson mayın 11-də ABŞ-ın Texas ştatının Ostin şəhərində güllələnib. İstintaqın məlumatına görə, qətli Uilson kimi velosipedlə məşğul olan və onu sevgilisi Kolin Striklandın məşuqəsi hesab edən 34 yaşlı Armstronq törədib. Şahidlər iddia edir ki, qadın bundan əvvəl bir neçə dəfə Uilsona zəng vurub və ona Striklenddən uzaq durmağı tövsiyə edib.

Dindirildikdən sonra Armstronq gizlənib. Polis onun şəhəri tərk etdiyinə, Hyustona çatdığına və sonra Nyu-Yorka uçduğuna şübhə edirdi. İstintaq müəyyən edib ki, qətldən bir həftə sonra o, saxta pasportdan istifadə edib və Nyu-Cersidən Kosta-Rikaya uçan "United Airlines"in reysinə minib. O, həbsinə dair orderin imzalanmasından bir gün əvvəl ABŞ-ı tərk edə bilib.

Mo Uilson peşəkar dağ və çınqıl velosiped yarışçısı idi. O, bir neçə yarış qazanıb və bu il də yarışlarda iştirak etmək niyyətində idi. Ölümündən bir müddət əvvəl qızın mayın 14-də Meksikanın Hiko şəhərində keçirilən "Gravel Locos" yarışında qalib gələcəyi gözlənilirdi.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.