Bağınıza bircə dənə əkin: İlan və siçan yolunu dəyişdirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənubi Afrikadan gələn bu bənövşəyi çiçəkli bitki təkcə gözəlliyi ilə deyil, həm də təbii qoruyucu təsiri ilə seçilir. Onu bağınıza bir dəfə əksəniz nə ilan, nə də siçan həmin yerə yaxınlaşmayacaq.
Milli.Az xəbər verir ki, payızın gəlişi ilə bağlarda yeni mövsüm başlayır. Yaydan qalan bitkilər solur, torpaq yenidən nəfəs almağa hazırlaşır. Lakin bu dövrdə ilan, siçan və torpaq gəmiriciləri kimi arzuolunmaz canlılar da görünə bilər. Bu zaman köməyə Tulbagia purpurea, yəni Afrika sarımsağı gəlir.
Zərif bənövşəyi çiçəkləri ilə həm dekorativ görünən bu bitki, eyni zamanda təbii həşərat və gəmirici uzaqlaşdırıcı xüsusiyyətə malikdir. Özünəməxsus kəskin qoxusu sayəsində kimyəvi dərmanlara ehtiyac olmadan bağınızı qoruyur.
Tulbagia purpurea - Cənubi Afrika mənşəli, çoxillik bitkidir. Təbii şəraitində 1 metrə qədər böyüyə bilir, lakin Azərbaycan iqlimində orta hesabla 30 sm hündürlüyə çatır.
Bitkinin yaydığı qoxu ilanları, siçanları və torpaq gəmiricilərini uzaqlaşdırır. Onlara zərər vermir, sadəcə qoxusu ilə yaxınlaşmalarına mane olur - yəni təbiyyətin özü tərəfindən yaradılmış zərif bir müdafiə sistemi kimi işləyir.
Bağbanların sözlərinə görə: "Tulbagia bağ üçün təbii qoruyucu səddir. İnsanlar onun qoxusunu güclü hiss etmir, amma zərərvericilər ondan qaçır."
Tulbagia günəşi sevir, amma yarımkölgədə də böyüyür. Quraqlığa davamlıdır və qış aylarında da yaşaya bilir. Aprel ayında 5-15 sm aralıqlarla əkildikdə, yay boyunca çiçək açır. Az miqdarda gübrə əlavə edildikdə həm tez kök atır, həm də qoxusu güclənir.
Bitkini yalnız bağda deyil, dibçəkdə də yetişdirmək mümkündür.
Afrika sarımsağı son illərdə Avropada ən çox seçilən təbii zərərvericiqovucu bitkilərdən birinə çevrilib.
Bir dəfə əkildikdən sonra, hər yaz yenidən çıxır və illərlə bağınızı qorumağa davam edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı
-
Ənənəvi hamam ayaqaltıları tarixə qovuşur - yeni texnologiya
-
Laminat parket tarixə çevrilir - yeni alternativlər
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Mertin yeni serialının yayım tarixi açıqlandı
-
Xəzər sahilində olan hansı obyektlər söküləcək? - (Video)
XƏBƏR LENTİ
-
Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı
-
Ənənəvi hamam ayaqaltıları tarixə qovuşur - yeni texnologiya
-
“Məni yox, Əmrahı paylaşırlar” - İzzət Bağırov
-
Antibiotiklər neçə saatdan bir qəbul edilməlidir?
-
ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb
-
Acun Ilıcalı nəvələri ilə - (Foto)
-
Laminat parket tarixə çevrilir - yeni alternativlər
-
Milli Qəhrəmanın oğlu qəzaya düşdü
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
-
Mertin yeni serialının yayım tarixi açıqlandı
-
Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb - Yenilənib
-
Xəzər sahilində olan hansı obyektlər söküləcək? - (Video)
-
Qarakənd faciəsindən 35 il ötür
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
-
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb - (Foto)
-
“Şevket” illər sonra - (Foto)
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)





