Dünya

Göyçədə yenə atışma baş verdi

5 İyul 2022 08:56
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvan-Göyçə yolunda atışma qeydə alınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, 4 iyul saat 21:00 radələrində İrəvan-Göyçə yolunda, Qaqarin kəndi yaxınlığında atəşma baş verib. Polislər hadisə yerindən "Kalaşnikov" avtomatının 25 gilizini tapıblar.

Xəstəxanalara yaralı aparılıb-aparılmadığı ilə bağlı araşdırma gedir.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ savaşı zamanı Ermənistan əhaliyə külli miqdarda silah paylamışdı. Həmçinin Ordumuzun önündən qaçan ermənilər də Azərbaycandan silahları ilə birgə geri qayıdırdılar. Hələ o zaman ekspertlər bu silahların ermənistanda uzun müddət bir-birilərinə qarşı istifadə ediləcyi barədə xəbərdarlıq etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.