Dünya

İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var

5 İyul 2022 08:17
0 Şərh     Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində yol kənarında işləyən fəhlələrə avtomobil çırpılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumata görə, 34 EIG 330 dövlət nömrə nişanlı yüngül avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə şlaqbaumlara çırpılıb, daha sonra viadukda işləyən fəhlələrin üzərinə aşıb. Qəza törədən maşın işçilərin istifadə etdiyi kran maşınına çırpılaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.