"Rusiyanın diqqəti Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək" - Britaniya kəşfiyyatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ukrayna qüvvələri Lisiçanskdan geri çəkilib. Ehtimal ki, onlar hazır müdafiə mövqelərinə geri qayıdıblar. Rusiya Müdafiə Nazirliyi daha əvvəl Lisiçanskın mühasirəsini tamamladığını və şəhərə tam nəzarəti təmin etdiyini iddia etmişdi".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
"Luqansk vilayətində və şəhər ətrafında döyüşlər intensivləşib. Buna səbəb Rusiya qüvvələrinin davamlı irəliləyişidir. Rusiyanın diqqəti hazırda, demək olar ki, böyük bir hissəsi Ukrayna qüvvələrinin nəzarəti altında qalan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək. Donbas uğrunda gərgin mübarizə gedir. Bunun yaxın həftələrdə dəyişməsi ehtimalı azdır", - məlumatda bildirilib.
Məlumata görə, Rusiyanın hücumu Ukraynanın kənd təsərrüfatı sektoruna dağıdıcı təsir göstərməkdə davam edir: "Müharibə ukraynalı fermerlərin toxum və gübrə tədarükü zəncirində ciddi pozuntulara səbəb olub. Rusiyanın Odessanı mühasirəyə alması Ukraynanın taxıl ixracını məhdudlaşdırır. Ona görə də bu il Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının 2021-ci ilin 35 faizindən çox olma ehtimalı azdır. Qara dənizdəki İlan adasından geri çəkildikdən sonra Rusiya taxıl ixracının yaxşılaşdırılmasının indi Ukraynadan asılı olduğunu bildirdi. Əslində isə qlobal ərzaq böhranının güclənməsinin səbəbi Rusiyanın hücumunun Ukraynanın kənd təsərrüfatına vurduğu zərbədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)





