Dünya

Zelenski Ukraynaya atılan raketlərin sayını açıqladı

1 İyul 2022 22:15
0 Şərh     Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya artıq Ukraynaya 3000-ə yaxın raket atıb".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Ümumiyyətlə, bilirsiniz ki, Rusiyanın dinc Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3000-ə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti belə məqamda tək qalmamalıdır", - deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.