Dünya

Selə görə maşının içində koməksiz qalan qadın belə xilas edildi - VİDEO

24 İyun 2022 19:00
0 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Quanqdonq əyalətində sel fəlakəti zamanı avtomobilində köməksiz qalan qadın polis qrupunun uzun sürən səyləri nəticəsində xilas edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əyalətin Yingde şəhərində sürətlə axan sel suları altında avtomobilində qalan qadın polisdən kömək istəyib. Zəngi alan polis sel sularında sürüklənmə təhlükəsi ilə üzləşən qadını xilas etmək üçün hərəkətə keçib.

Əraziyə gələn qrup qadına ipin köməyi ilə dəfələrlə çatmağa çalışsa da, sürətlə axan su səbəbindən buna nail ola bilməyib. Yenə də ipin köməyi ilə irəliləyən polis uzun səylər nəticəsində qadını xilas edə bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.