Dünya

Avropa Parlamenti açıqladı: noyabrın 1-dək...

24 İyun 2022 08:51
0 Şərh     Baxış: 477

Avropa Parlamenti Avrop İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizdə bildirilib.

"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq", - deyə qeyd olunub.

Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics