Dünya

Tokayev:"Qazaxıstan qondarma "DXR" və "LXR"-i tanımayacaq"

17 İyun 2022 23:05
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan qondarma Donetsk ("DXR") və Luqansk ("LXR") "xalq respublikaları"nı tanımayacaq.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışında deyib.

"Aşağıdakıları qeyd etmək istərdim: müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib", - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplərini rəhbər tutulsa, onda dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox ölkə peyda olacaq.

"Əlbəttə, bu, xaos olacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Və görünür, bu prinsip kvazi-dövlət ərazilərinə şamil olunacaq, fikrimizcə, bu prinsiplər Luqansk və Donetskdir", - Tokayev əlavə edib.

Lakin o, millətlərin müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirlərini dəqiqləşdirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.