Dünya

Ukrayna çıxış yolunu tapdı

12 İyun 2022 19:39
1 Şərh     Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.

"Bu marşrutları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, bildirib.

Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.