Dünya

Polkovnik sirləri açdı: Bu ölkələr Ukraynaya qoşun göndərir

12 İyun 2022 14:36
2 Şərh     Baxış: 4 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı hərbi ekspert, polkovnik Oleq Jdanov Polşa, Böyük Britaniya, ABŞ və İsraildən olan özəl hərbi şirkətlərin Rusiya ilə müharibə üçün Ukraynaya gizli dəvət olunacağını tamamilə mümkün hesab edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Jurnalistin "Qərb texnikası ilə döyüşməyi bacaran özəl hərbi şirkətlər ölkəmizə dəvət oluna bilərmi?" sualına  Jdanov "bu, tamamilə mümkündür", - deyə cavab verib.

O, vurğulayıb ki, özəl hərbi şirkətlər Ukraynaya dəvət olunsa, bu, heç yerdə nümayiş olunmayacaq. "Çox güman ki, əks-hücum əməliyyatı mərhələsində özəl hərbi şirkətlərdən istifadə mümkündür. Amma yenə də "gizli" başlığı altında və heç kim onu yaymayacaq", - polkovnik bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.