Dünya

5 yaşlı uşağı kəndirlə bağlayıb günəşin altında saxladılar - Hər kəs bu görüntülərdən danışır - VİDEO

11 İyun 2022 13:07
4 Şərh     Baxış: 1 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda 5 yaşlı uşağa inanılmaz cəza verilib.

Hindistanda bir ailə 5 yaşlı qızı ev tapşırığını etmədiyi üçün əl-ayağını kəndirlə bağlayaraq evin damına çıxarıb və 40 dərəcə istinin altında saxlayıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, balaca uşağın görüntülərinin sosial şəbəkədə yayılmasından sonra polis hərəkətə keçib.
 
Videoda kiçik oğlanın kəndirdən qurtulmağa çalışdığı, kömək çığırtılarının eşidildiyi görünüb.

Videonun sosial şəbəkələrdə yayılmasından sonra Dehli polisi uşağın şəxsiyyətini və vəziyyətini müəyyən etmək üçün əlindən gələni edib.
 
Oğlanın ailəsi müəyyən edilib və lazımi tədbirlər görülüb.
 
Ailənin hücum, xəsarət, fiziki zorakılıq və azadlıqdan məhrum etmə maddələri ilə ittiham ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.