Deputat Şailoobek Atazov Qırğızıstan parlamentinin iclasında əri və valideynləri olmayan 18-20 yaşlı qızların xaricə səyahətinə qanuni məhdudiyyət qoyulmasını təklif edib.
Milli.Az-ın moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, deputat öz fikrini "kəskin miqrasiya problemləri" ilə əsaslandırıb.
"Miqrasiyaya cavabdeh olan dövlət qurumları parlamentin komitə iclasında lazımi məlumatları versinlər. Biz bu sahədə qanunlara baxmalıyıq", - deyə Atazov bildirib.
Xəbərdə oxşar təşəbbüslərin əvvəllər də Qırğızıstan parlamentində səsləndirildiyi bildirilir.
Milli.Az