Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif ediliblər.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:
"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə
Qurbanov Vaqif Bəxtiyar oğlu - baş leytenant (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni ilə
Quliyev Akif Bayram oğlu - ehtiyatda olan baş gizir
"İgidliyə görə" medalı ilə
Binyətov Gülbudağ Əli oğlu - ehtiyatda olan polkovnik-leytenant
Əliyev Bəşir İman oğlu - ehtiyatda olan mayor
Cəlilov Elman Səyyad oğlu - ehtiyatda olan kapitan
Şalbuzov Tofik Şıxbala oğlu - ehtiyatda olan baş gizir.
Milli.Az





