Ölkə

Zəfərin 5 illiyində “OBA” şəhid əməkdaşlarının ailələrini ziyarət edib və “Obamızın müzəffərləri” videoçarxını təqdim edib - VİDEO - FOTO

7 Noyabr 2025 17:30
Baxış: 279
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Obamızın müzəffərləri - Zəfərin adını daşıyan qəhrəmanlar" 

Zəfərin 5 illiyi münasibətilə "OBA" marketlər şəbəkəsi Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla anıb.

Bu münasibətlə şəhid əməkdaşların adını daşıyan filiallarda ehsan mərasimləri təşkil olunub, həmçinin onların xatirəsinə həsr edilən "Obamızın müzəffərləri" adlı videoçarx ictimaiyyətə təqdim edilib.

Videoda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş "OBA" əməkdaşlarının həyat hekayələri, Vətənə olan sevgiləri və göstərdikləri igidliklərdən bəhs olunur.

Bundan əlavə, Zəfər Günüylə bağlı "OBA" tərəfindən şəhid əməkdaşların ailələri ziyarət olunub. "OBA" ailəsi üçün bu ziyarətlər təkcə borc deyil - bu, şəhidlərimizin ailələrinə mənəvi dəstək göstərmək və onların xatirəsini yaşatmaq missiyasıdır.

Biz bu torpaqları azad edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Zəfərin adı onların adıdır, ruhları isə xalqımızın yaddaşında daim yaşayacaq.

Zəfərin mübarək, Azərbaycan! 

https://youtu.be/KitqU8gOVfI 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.