Ölkə

Bu şəxslər mənzillə təmin olunacaqlar

7 Noyabr 2025 16:52
Baxış: 371
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir rayonda - Balakəndə əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Belə ki, sözügedən rayonda 12 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.

Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 1,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.