Sosial şəbəkələrdə, xüsusilə canlı yayımlar zamanı mənəvi dəyərlərə zidd hərəkətlər edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Milli.Az bildirir ki, belə hallardan biri sosial mediada "pajiznicesi" adlı səhifəni idarə edən 1998-ci il təvəllüdlü Cəsarət Cavadovla bağlı olub. O, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən saxlanılıb.
Məhkəmənin qərarına əsasən Cavadov inzibati qaydada 60 sutka müddətinə həbs edilib.
Milli.Az





