Dünya

İtaliyanın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb

6 İyun 2022 23:05
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Ankaradaki Səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Milli.Az bildirir ki, bu barədə "report"a Türkiyənin diplomatik qaynaqlarından məlumat verilib.

"Romadaki Türkiyə Səfirliyinin çağırışlarına və cəhdlərinə baxmayaraq, İtaliyanın Ankaradakı səfiri Giorgio Marrapodi 4 iyun tarixində Romada PKK-nın simvolları və fotoşəkillərinin yer aldığı nümayişdən narahatlığımızı ifadə etmək üçün bu gün (6 iyun) Nazirliyimizə dəvət edilmişdir", - xəbərdə deyilir.

İtaliyalı diplomata qeyd olunan tədbirdə terrorçu liderin əsərlərinin ictimaiyyətə nümayiş etdirildiyi bildirilib:

"Türkiyə tərəfindən, fikir və istəklər adıçəkilən şəxsə çatdırılıb. Görüşdə Türkiyənin PKK-nın ictimai sahəyə aşıb-daşan qara piarından, QHT adı altında fəaliyyətindən, İtaliya bələdiyyələri tərəfindən terrorçuların liderinə fəxri vətəndaşlıq verilməsindən narazılığı çatdırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.