Dünya

Britaniya kəşfiyyatı Rusiyanın uğurlarının səbəbini açıqladı

4 İyun 2022 14:00
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Donbasdakı mübahisəli ərazilərdə Rusiyanın hava sahəsindəki fəaliyyəti davam edir. Rusiyanın hava fəaliyyəti Ukraynanın silahla təchizatının qarşısının alınmasına yönəlib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

"Rusiya hava və yerüstü qanadlı raketlərdən istifadə edir. Amma bu zərbələr döyüşlərə əhəmiyyətli təsir göstərmək imkanında deyil. Rusiyanın dəqiq idarə olunan raket ehtiyatları tükənəcək. Hava və artilleriya zərbələrinin birgə istifadəsi Rusiyanın regiondakı son taktiki uğurlarında əsas amil olub", - məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.