İyunun 3-nə keçən gecə Rusiya artilleriya qoşunları Dnepropetrovsk vilayətində Zelenodolsk icmasını atəşə tutub.
Milli.Az bildirir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.
"Gecə və səhər əvvəlki axşamdan xeyli sakitdir. Baxmayaraq ki, düşmən atəşi dayandırmır".
Rezniçenkonun sözlərinə görə, itki yoxdur.
"Axşam saatlarında düşmənin hücumu nəticəsində ciddi ziyan dəymiş Maryanskidə mütəxəssislər işləyir - qaz və elektrik enerjisini bərpa edirlər", - administrasiya rəhbəri əlavə edib.
Aslan Məmmədov
Milli.Az