Dünya

Ukraynanın işğaldakı torpaqlarının şok xəritəsi - FOTO

2 İyun 2022 20:45
0 Şərh     Baxış: 1 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyasi icmalçı Aleksey Bokoç sosial şəbəkədə Rusiyanın 2014-cü ildən sonra qəsb etdiyi Ukrayna ərazilərinin xəritəsini dərc edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Bokoç işğal edilmiş ərazinin 123 229 kvadrat kilometr olduğunu bildirib. Bu, ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin (603 549 kv.km) 20 faizindən bir qədər çoxdur.

Bokoç işğal edilən torpaqların həcmini digər ölkələrin ərazisi ilə müqayisə edib. Bildirib ki, bu, Almaniyanın yarısından bir az az, yaxud Avstriya və İsveçrənin ikisinin bir yerdə ərazisinə bərabərdir.

"Avropalı dostlarımın diqqətinə! Sadəcə öz siyasətçilərinizin bəyanatlarını dinləyərkən, Ukraynanın işğal edlmiş bu vilayətlərini də nəzərə alın", - Bokoç çağırış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.