Dünya

Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişdi

2 İyun 2022 11:30
0 Şərh     Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İsveç və Finlandiyadakı səfirləri dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı "Resmi Gazete"də yayımlanıb.

Qərara əsasən, Deniz Çakar Finlandiyada, Can Tezel isə İsveçdə səfir təyin edilib.

Ərdoğanın qərarına əsasən, ümumilikdə 25 ölkəyə yeni səfir təyinatı olub.

Xatırladaq ki, Türkiyə Prezidenti İsveç və Finlandiyanın mümkün NATO üzvlüyünə qarşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.