Dünya

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək

1 İyun 2022 10:52
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı CNN-ə ABŞ administrasiyasının rəsmisi təsdiqləyib.

Bildirilib ki, ABŞ istehsalı olan sistemin 11-ci təhlükəsizlik yardımı paketi çərçivəsində Ukraynaya göndərilməsi nəzərdə tutulub.

Rəsminin sözlərinə görə, Ukraynaya göndəriləcək HIMARS sistemi maksimum uçuş məsafəsi 80 kilometr olan raketlərlə təchiz ediləcək. Bu, ABŞ-ın Ukraynaya göndərəcəyi ən uzunmənzilli silah sistemi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.