Dünya

Ermənistanda müxalif deputatlar mandatdan məhrum edilə bilər

31 May 2022 18:37
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən bəzi deputatların mandatdan məhrum edilməsi ilə bağlı parlament Şurasına müraciət etmək niyyətindəyəm".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 31-də keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bəzi deputat istədikləri vaxt iclasa gəlir: "Konkret olaraq deputatlar səlahiyyət çərçivəsini aşıb".

Xatırladaq ki, müxalifətdə olan "Ermənistan" və Respublikaçılar Partiyasının parlament blokunun, habelə "Daşnaksütyun" və Vətən partiyalarının deputatları Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüşlərin təşkilində iştirak edirlər. Alen Simonyan parlamentin iclasında iştirak etməyən deputatları dedikdə onları nəzərdə tutur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.