Dünya

Nikolayevdə iki uşaq olan ev atəşə tutulub

31 May 2022 13:30
0 Şərh     Baxış: 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikolayev vilayətində rus hərbçiləri iki uşaqlı evi atəşə tutub, uşaqlar xəsarət almayıb.

Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

"Şəhərin və rayonun intensiv atəşə tutulması davam edir. İki uşaq olan evə atəş açıldı. Uşaqlar sağdır. Hərbçilərimiz düşməni sıxışdırır. Hər şey plan üzrə gedir", - o deyib.

Administrasiyasının məlumatına görə, mayın 31-də səhər saatlarında Nikolayev yenidən atəşə tutulub. Dəymiş ziyan və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.