Dünya

24 yaşlı tələbənin yaşlı olduğunu əsas gətirib işə götürmədilər

31 May 2022 10:30
0 Şərh     Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində 24 yaşlı qadına artıq qocaldığını əsas götürərək işə götürülməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, universitet tələbəsi olan He soyadlı qadın öz CV-sini "China Unicom" telekommunikasiya şirkətinə göndərib.

Lakin şirkət tələbənin yaşını əsas gətirərək onu işə götürməkdən imtina edib.

Şirkət bildirib ki, He soyadlı tələbəni işə qəbul edərlərsə şirkətin daxili qaydalarını pozmuş olacaqlar. Belə ki, universiteti bitirmiş işçinin yaşı 24-dən aşağı olmalıdır.

"Biz tezliklə təhsilimizi başa vuracağıq və hazırkı vəziyyətdə iş tapmaq demək olar ki, mümkün deyil" - deyə tələbə şikayətlənib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ictimailəşib və internet istifadəçiləri tələbənin müdafiəsinə qalxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.