Dünya

“Mona Liza”ya tort parçası atdılar

30 May 2022 19:29
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosuna hücum halı qeydə alınıb. Belə ki, bir nəfər tablonun üzərinə bir parça tort atıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə videoya çəkilib və dərhal sosial şəbəkələrdə yayılıb.

Hadisə şahidlərinin sözlərinə görə, bunu edən şəxs özünü maskalamaq üçün yaşlı qadın paltarı geyinərək əlil arabasına əyləşib. Adam uyğun anı gözləyərək şəklin üstünə bir parça tort atıb və ətrafa qızılgül ləçəkləri səpib.

O, hadisə yerində həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.