Dünya

Aİ Rusiyanın tankerlərlə daşınan neftinə qadağanı müzakirə edir

29 May 2022 23:43
0 Şərh     Baxış: 1 141
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketini müzakirə edir.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda Rusiyaya qarşı sanksiyalarının altıncı paketinin hazırlanması çərçivəsində tankerlərlə daşınan neftə embarqo qoyulması müzakirə olunur.

"İndi tankerlərlə daşınan Rusiya neftinə embarqonun mümkün tətbiqi müzakirə edilir, "Drujba" neft kəməri sanksiyalar paketindən çıxarıla bilər", - deyə bildirilib.

Aİ əmindir ki, bu, Rusiya üçün ağrılı zərbə olacaq.

Belə ki, Rusiyanın Avropaya neft tədarükünün üçdə ikisi və ya daha çoxu bu yolla daşınırdı.

Aİ ölkələri Ukraynadakı vəziyyətə görə Rusiya Federasiyasına qarşı ardıcıl olaraq beş sanksiya paketi tətbiq ediblər.

Qarşıdan gələn altıncı paket çərçivəsində Aİ Rusiya neftindən imtina imkanını nəzərdən keçirir.

İttifaqın bəzi ölkələri, xüsusən də Macarıstan bu addımın öz iqtisadiyyatlarına mənfi təsirindən qorxaraq onun qəbuluna mane olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.