Dünya

Belarusa 29 mindən çox Ukrayna vətəndaşı gəlib

27 May 2022 18:15
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 24-dən Belarusa 29 mindən çox Ukrayna vətəndaşı gəlib, son sutka ərzində 143 ukraynalı ölkəyə daxil olub.

Milli.Az TASS-a istinadən xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsi bildirib.

"24 fevral saat 6:00-dan (Moskva vaxtı ilə üst-üstə düşür) 27 may saat 6:00-dək Ukrayna ərazisindən ölkəmizə 29 008 Ukrayna vətəndaşı gəlib: 15 797 Ukrayna-Belarus sərhədindən, 11 492 Polşadan tranzitlə, 1 nəfər Ukrayna ərazisindən keçib. Litva vasitəsilə 477, Latviya vasitəsilə - 242", - Sərhəd Komitəsinin Telegram kanalında qeyd olunur.

Sərhəd agentliyinin məlumatına görə, son 24 saat ərzində Ukrayna ərazisindən 143 Ukrayna vətəndaşı Belarusa gəlib, onlardan 2-si Ukrayna-Belarus sərhədi, 111-i Polşa, 24-ü Litva, 6-sı Latviya ərazisindən tranzitlə keçib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.