Dünya

Krım körpüsünü vurmaq mümkün deyil - Arestoviç

27 May 2022 13:22
0 Şərh     Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krımı Rusiya ilə birləşdirən Krım körpüsünün dağıdılması bu gün mümkün deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Krım körpüsü strateji əhəmiyyət kəsb edən, dağıdılmaması üçün xüsusi hazırlanmış və örtülmüş bir kapital strukturudur. Orada ən azı iki hava hücumundan müdafiə briqadası fəaliyyətdədir. Bu, çox ciddi bir tikilidir. Onu nə qədər dəqiq vursanız belə, dağılır, lakin aralıqlar xüsusi mühəndis alətləri ilə çox tez bərpa olunur", - A.Arestoviç qeyd edib.

Qeyd edək ki, Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Krım körpüsünün nə vaxtsa mütləq dağıdılmalı olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.