Dünya

Polşa niyə Ukraynaya qırıcı verməkdən imtina edib?

26 May 2022 14:14
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO ölkələri arasında Ukraynaya müəyyən növ silahların tədarükündən çəkinmək üçün qeyri-rəsmi razılaşmalar var.

Milli.Az bildirir ki, Almaniyanın dpa xəbər agentliyinin məlumatına görə, bu, Alyansın minimuma endirmək istədiyi Rusiya ilə birbaşa hərbi qarşıdurma riski ilə bağlıdır.

Ehtimallar var ki, Rusiya Federasiyası rəsmi olaraq Qərbin döyüş tankları və döyüş təyyarələrinin tədarükünü müharibəyə giriş kimi qiymətləndirə və buna cavab olaraq hərbi tədbirlər görə bilər. Bu tip silah sistemləri hələ Ukraynaya çatdırılmayıb.

Almaniya Sosial Demokrat Partiyasının (SDP) parlament qrupunun məlumatına görə, bu qeyri-rəsmi razılaşma Berlinə məlumdur.

SDP parlament qrupunun müdafiə siyasəti üzrə sözçüsü Volfqanq Helmiç DPA-ya bildirib ki, "Müdafiə komitəsi bu barədə mayın ortalarında tam məlumatlandırılıb".

NATO rəsmisinin sözlərinə görə, bütün təchizat qərarları son nəticədə ayrı-ayrı üzv ölkələrə aiddir, DPA yazır. İndiyədək onlar Rusiyanın hücumu zamanı NATO-dakı tərəfdaşlarının tam dəstəyini ala bilməyəcəkləri qorxusundan qismən qeyri-rəsmi razılaşmalara sadiq qalıblar.

Agentlik qeyd edir ki, bu səbəbdən, məsələn, Polşa iki aydan çoxdur ki, Ukraynaya Sovet MiQ-29 qırıcılarını verməkdən imtina edib.

ABŞ Silahlı Qüvvələrinin Avropadakı Baş Komandanı Todd Daniel Uolters hələ mart ayında demişdi ki, MiQ-29 tədarükü "yüksək riskli ssenaridir", çünki onlar Moskva tərəfindən yanlış qiymətləndirilə və Rusiya ilə NATO arasında gərginliyə səbəb ola bilər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.