Dünya

"Baxış başa çatdıqdan sonra onu qiymətləndirəcəyik"

23 May 2022 18:37
0 Şərh     Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva Ukrayna ətrafında vəziyyəti nizamlamaq üçün Romanın planını öyrənir və baxılma nəticəsində müvafiq təkliflər dəyərləndiriləcək.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Bu, Rusiya ilə İtaliya arasında müzakirə olunmur. Biz onu bu yaxınlarda almışıq. Biz bunu nəzərdən keçiririk. Baxış başa çatdıqdan sonra onu qiymətləndirəcəyik", - nazir müavini müvafiq sualı cavablandırarkən deyib.

Cümə axşamı "Repubblica" xəbər verib ki, İtaliyanın xarici işlər naziri Luici Di Mayo BMT və G7 tərəfdaşlarına Ukraynada atəşkəs də daxil olmaqla sülhün nizamlanması təklifini, həmçinin "mübahisəli ərazilər" haqqında müqaviləni və Avropada təhlükəsizlik təminatlarına dair ümumi çoxtərəfli sazişini təhvil verib. İtaliyanın diplomatik mənbəsi TASS-a bildirib ki, bu təklif ilkin müzakirə mərhələsindədir və danışıqlar prosesinin əsasını təşkil edə bilər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.