Dünya

Aparıcılar efirə hicabla çıxdılar

23 May 2022 09:52
1 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstan televiziyalarında qadın aparıcıların efirə hicabla çıxması tələb kimi qoyulub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qadınlar hicaba uzun müddət müqavimət göstərsələr də, ciddi nəticə əldə edə bilməyiblər. Talibanın göstərişlərinə uyğun olaraq qadın aparıcılar bazar günü efirə üzlərini gizlədən geyimdə çıxıblar. 

İmanın Təbliği və Günahların Qarşısının Alınması Nazirliyi şənbə günündən etibarən aparıcıların efirə hicabla çıxmasını tələb etsə də, qadınlar buna məhəl qoymamışdı. Lakin bazar günü tələb konkretləşib: ya hicab, ya da işsizlik. TOLOnews, Ariana Television, Shamshad TV və 1TV kanallarının xəbər bülletenlərini üzüörtülü aparıcılar təqdim edib. 

Bundan başqa, dövlət işində çalışan kişilərin arvadları və qızları hicab və ya burqa geymədikləri təqdirdə onlar işdən azad olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.