Dünya

ABŞ Moldovaya tələb olunan silahları verməyə hazırdır

23 May 2022 17:52
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları Moldovaya Rusiyadan qorumaq üçün lazımi silahları verməyə hazırdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Kişinyova səfəri zamanı ABŞ konqresmenləri bildiriblər.

Qeyd olunub ki, bütün silahlar ölkənin istəyi əsasında tədarük ediləcək. Ona görə də hərbi yardım Moldovanın tələblərindən artıq olmamalıdır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Qreqori Miks ölkəsinin Kişinyovla silahların tədarükü üzrə danışıqlara başladığını təsdiqləyib. Konqresmen bildirib ki, müttəfiqlər arasında dialoq gedir və qərarlar kollektiv şəkildə qəbul ediləcək.

Qeyd edək ki, Miks Kişinyova səfəri zamanı Moldova prezidenti Maia Sandu və digər rəsmi şəxslərlə görüşüb, həmçinin ukraynalı qaçqınlar üçün nəzərdə tutulmuş mərkəzə baş çəkib.

Yeri gəlmişkən, bir gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyadan qorunmaq üçün Moldovanın NATO standartlarına uyğun silahlanmalı olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.