Dünya

Litva Rusiyadan elektrik enerjisinin idxalından imtina edib

22 May 2022 12:45
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva Rusiyadan elektrik enerjisini idxal etməkdən imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyinin cümə günü qəbul etdiyi qərar bazar günü qüvvəyə minib.

Məlumata görə, "Nord Pool" elektrik birjasının operatorunun qərarına əsasən, "İnter RAO" tərəfindən həyata keçirilən Rusiyada istehsal olunan elektrik enerjisinin ticarəti dayandırılıb.

Litvanın ehtiyacları Latviya, Polşa və İsveçlə əlaqələr vasitəsilə yerli istehsal və idxal hesabına ödəniləcək. 2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17%-ni Rusiyadan idxal edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.