Dünya

Vangelis dünyasını dəyişdi

19 May 2022 22:41
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli yunan bəstəkarı, bir çox filmlərin musiqi müəllifi Vangelis vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Vangelis kimi tanınan Evangelos Odisseas Papatanasiou 79 yaşında vəfat edib. O, Fransada xəstəxanaların birində koronavirusdan müalicə alırdı.

Vangelis elektron musiqinin ilk müəlliflərindən və ifaçılarından biri olub.

Vangelis 60-cı illərdə Yunanıstanda məşhur olan "Forminx" qrupunu yaratdı. 1968-ci ildə Parisə köçüb və orada Demis Russosla birlikdə yaratdığı və o dövrdə Avropanın ən məşhur qrupu olan "Afrodita uşağı" qrupu ilə 3 il əməkdaşlıq edib. 1975-ci ildə Vangelis Londona köçüb. O, Londonda "Nemo Studios" adlı ən müasir səsyazma studiyasını yaratdı.

Vangelis "Od arabaları" filminin musiqisindən əlavə, "Blade Runner", "İsgəndər", "İtkin", "Antarktida", "1492: Kristofer Kolumb", "El Qreko" və s. filmlərə musiqi yazıb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bəstəkarın ölümü ilə əlaqədar başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.