Dünya

Putin Ərdoğanın reaksiyasından sonra yumşaldı

18 May 2022 13:24
0 Şərh     Baxış: 1 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın İsveç və Finlandiyanın NATO üzvülüyünə ilk münasibəti olduqca sərt oldu, amma görəndə ki, Türkiyə hər iki ölkənin qəbuluna qarşıdı, o halda Putin nisbətən yumşaq mövqe sərgilədi.

Milli.Az bu sözləri axar.az-a geniş müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Putinin İsveç və Finlandiyanın NATO üzvlüyünə daha loyal münasibətinin səbəbi haqda danışarkən deyib.

"Digər tərəfdən, Ukraynanı İsveç və Finlandiya ilə müqayisə etmək olmaz. Ukrayna ərazisinə görə Avropanın ən böyük dövlətlərindən biridir və Rusiya üçün çox böyük geosiyasi əhəmiyyəti var. Rusiya hesab edir ki, Ukrayna keçmiş imperiyanın tərkib hissəsi kimi həmişə onun yanında olmalıdır. Çox təəssüf ki, yumşaq güc tətbiqi ilə bunu edə bilmədiklərindən hərbi gücdən istifadə etdilər. Nəticəsi isə, kimin qalib gəlməsindən asılı olmayaraq, hər iki ölkə üçün ağır olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.