Dünya

Koçaryanın oğlu İrəvanda aksiyada saxlanıldı

17 May 2022 10:42
2 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan paytaxt İrəvanda keçirilən etiraz aksiyası zamanı saxlanılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Levon Koçaryan öz teleqram kanalında paylaşıb.

"Məni saxladılar. Ruhdan düşmürük, geri çəkilmirik, davam edirik", - deyə L.Koçaryan qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan müxalifətinin nümayəndələri İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiya keçirir. Səhər 10:00-a olan məlumata görə, 155 aksiya iştirakçısı saxlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.