Dünya

Belarus Müdafiə Nazirliyi Ukraynadan hərbi təxribatları istisna etmir

15 May 2022 23:45
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Belarus sərhədləri yaxınlığında 10 minə yaxın hərbi qulluqçu və müasir silahlar cəmləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini İqor Korol "STV" kanalına deyib.

"Bu gün Ukrayna Belarus Respublikasına qarşı Rivne istiqamətində 10 minə yaxın hərbçi cəmləşdirib. Onların 6 min nəfəri Ovruç istiqamətində, 4 min 500 nəfəri isə Çerniqov istiqamətindədir",-deyə Baş Qərargah rəisinin birinci müavini bildirib.

Korol deyib ki, onlar arasında Amerikanın ən müasir vasitələri ilə silahlanmış artilleriya və hava hücumundan müdafiə bölmələri var.

"Ukraynalılar qonşu ərazilərdə yolları, körpüləri minalayır. Onlar gücləndirilmiş silahlı dəstələrlə patrul xidməti aparır. Buna görə də istənilən təxribatlar ola bilər", - deyə Korl əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.