Britaniya Putinin qohumlarına sanksiya tətbiq edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin ailə üzvlərinə və dostlarına yeni sanksiyalar tətbiq edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
"Rəsmi sənədlərdə prezident Putinin cüzi sərvəti var: Sankt-Peterburqda kiçik mənzil, 1950-ci illərdən qalma iki Sovet dövründən qalmış avtomobil və kiçik qaraj.
Reallıqda Putin ailəsi, uşaqlıq dostları və onun hakimiyyətindən bəhrələnən və öz növbəsində onun həyat tərzini dəstəkləyən seçilmiş elita şəbəkəsinə arxalanır. Onların mükafatı isə rəsmi mövqelərindən xeyli kənara çıxan Rusiya dövlətinin işlərinə təsir etməkdir", - Britaniya XİN-in bəyanatında deyilir.
Britaniyanın xarici işlər naziri Liz Trass isə deyib ki, onlar Putinin dəbdəbəli həyat tərzini dəstəkləyən şəbəkəni ifşa edir və hədəfləyir: "Biz Ukrayna qalib gələnə qədər Putinin təcavüzünə kömək edən və dəstəkləyənlərin hər kəsə qarşı sanksiyaları davam etdirəcəyik.
Bu gün sanksiya tətbiq edilən aşağıdakılardır:
- gimanst Alina Kabayeva;
- Anna Zatseplina. Alina Kabayevanın nənəsi və Gennadi Timçenkonun şəriki;
- Lyudmila Oçeretnaya. Putinin keçmiş həyat yoldaşı;
- İqor Putin. Prezident Vladimir Putinin əmisi oğlu və rusiyalı iş adamı. İqor Putin Peçenqa Beynəlxalq Dəniz Limanının direktorudur.
- Mixail Putin. Rusiyalı iş adamı və prezident Vladimir Putinin qohumu. Mixail Putin SOGAZ Sığorta İdarə Heyəti sədrinin müavini və "Qazprom" İdarə Heyəti sədrinin müavinidir.
- Roman Putin. Prezident Vladimir Putinin əmisi oğlu. Roman Putin Prezident Putinlə münasibətini açıq şəkildə bildirir və bu ailə əlaqəsinin onun "Putin Consulting" şirkətinə Rusiyadakı xarici investorlara kömək etmək imkanı verdiyini vurğulayır.
- Rusiyalı biznes sahibi və Putinin əmisi oğlu Mixail Şelomov. Şelomov "Akcept" MMC firması vasitəsilə həm də Kremllə yaxın əlaqələri olan və Böyük Britaniya tərəfindən 22 fevral 2022-ci ildə sanksiyaya məruz qalan "Bank Rossiya"nın səhmdarıdır.
- Aleksandr Plexov. Putinin yaxın dostu. O, Putinlə münasibətindən bəhrələnib və onun şirkəti "Vital Development Corporation" dövlət himayəsindən yararlanıb.
- Mixail Klışin. "Bank Rossiya"nın rəhbər işçisi və SOGAZ-ın Direktorlar Şurasının üzvü.
- Vladimir Kolbin. Putinin uşaqlıq dostu və iş yoldaşı olduğu iddia edilən Peter Kolbinin oğlu. Vladimir "Gelendjik Dəniz Limanı" MMC-nin baş direktorudur.
- Yuri Şamalov. Nikolay Şamalovun oğlu (Böyük Britaniya 2014-cü ildə sanksiya tətbiq edib) və Putinin keçmiş kürəkəni Kirillin qardaşı (Böyük Britaniya 24 fevral 2022-ci ildə sanksiya tətbiq edib). Yuri "Qazfond"un prezidenti və "Qazprombank"ın Direktorlar Şurasının üzvüdür.
- Viktor Xmarin. Rusiyalı hüquqşünas və iş adamıdır, Putinin dostu və qohumudur. Xmarin Rusiyanın enerji sektorunda fəaliyyət göstərən "NefteProduktServis" MMC də daxil olmaqla bir sıra müəssisələrə sahibdir".
Qeyd edək ki, Britaniya indiyədək 117 milyard funt sterlinqdən çox xalis qlobal sərvəti olan oliqarxlar da daxil olmaqla, 1000-dən çox fiziki və 100 hüquqi şəxsə sanksiya tətbiq edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





