Dünya

Evin dağıntıları altından 44 cəsəd tapılıb

10 May 2022 11:30
0 Şərh     Baxış: 1 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarkov vilayətində müvəqqəti zəbt olunmuş İzyumda Rusiya tərəfindən mart ayında dağıdılan evin qalıqları altında 44 ölü mülki vətəndaşın cəsədi tapılıb.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

"Müvəqqəti olaraq zəbt olunmuş İzyumda martın birinci ongünlüyündə Rusiyanın dağıtdıqları beşmərtəbəli binanın qalıqları altından 44 ölü mülki şəxsin cəsədi tapılıb.

Bu, rusların dinc əhaliyə qarşı törətdiyi növbəti dəhşətli hərbi cinayətdir. Hər birini qeydə alırıq və onlar hər biri üçün cavab verəcəklər!", - o deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.