Dünya

Erməni deputatın oğlu cinayətə görə axtarışa verildi

8 May 2022 14:50
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, xəbər verir ki, bu barədə Shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayots Dzorda yerləşən "Tamsar" yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru metal dəyənəklə vurub. Faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə onun həbsi ilə bağlı qərar çıxarsa da, Baqratyanın azadlıqda olduğu üzə çıxıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.