Dünya

Kraliça geyimi ilə gülməli vəziyyətə düşdü - FOTO

6 May 2022 18:24
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya kraliçası Letisiya qatıldığı tədbirlərin birində gözlənilməz hadisə ilə üzləşib. Bununla belə, özünü itirməyən ülyahəzrət vəziyyətdən yumorla çıxa bilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər şey Əlillər üçün Kral Şurasının iclasında baş verib. Belə ki, kraliça özü ilə eyni paltarda olan başqa bir qonaqla üzləşib. Bilindiyi kimi, dəbi izləyən hər bir qadın üçün ictimai tədbirdə eyni geyimdə başqasını görmək uğursuzluq hesab olunur. Ancaq kraliçanın bunu gülüşlə qarşılaması və qadını qucaqlaması konfuzu maraqlı ana çevirib.

Qeyd edək ki, kraliça Letisiya incə zövqü ilə tanınır. Ancaq o, bahalı dizayner paltarları ilə yanaşı, tez-tez demokratik brendlərin paltarlarından da istifadə edir. Bəzən isə bir vaxtlar qayınanası kraliça Sofiyaya məxsus olan vintaj geyimlərdə ictimaiyyət qarşısında görünür.

Bu dəfə də Letisiya "Mango"dan 75 dollar (127 manat) dəyərində don seçmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.