Dünya

Lukaşenko: “Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir”

5 May 2022 14:18
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir və bunun niyə baş verdiyi sualına cavabı Vaşinqtonda axtarmaq lazımdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press"ə müsahibəsində bildirib.

"Rusiyanın mövqeyini bilirəm. Mən Rusiyanın Ukraynaya nə təklif etdiyini bilirəm. Bəs niyə ərazisində faktiki olaraq müharibə, döyüşlər, insanlar həlak olan Ukrayna bu danışıqlarda maraqlı deyil? Daha bir sual. Lakin bu sualın cavabı Vaşinqtonda tapıla bilər", - Lukaşenko qeyd edib.

Lukaşenko qeyd edib ki, Belarusda heç bir müharibə qəti şəkildə qəbul edilmir. "Biz bu müharibənin baş verməməsi üçün hər şeyi etdik və edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.