Dünya

Ukrayna kəşfiyyatı: "Rusiya Mariupolda "parad" keçirməyə hazırlaşır"

4 May 2022 14:54
0 Şərh     Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya xarabalığa çevrilmiş Mariupolda mayın 9-da "parad" keçirməyə hazırlaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

"Bunun üçün Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko şəhərə gəlib. Donetskdə bu il "bayram" keçirilməyəcək. Ona görə "təntənə"nin Mariupolda baş tutması planlaşdırılır. Buna görə də şəhərin mərkəzi küçələrini dağıntılardan, meyitlərdən və partlamamış sursatlardan təmizləyirlər. Genişmiqyaslı təbliğat davam edir", - Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Həmçinin vurğulanıb ki, Kremlin təbliğatçısı, telejurnalist Vladimir Solovyov və Donetskin "rəhbəri" Denis Puşilin də Mariupola gəliblər.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ölkədə "xüsusi əməliyyatı" sentyabr ayına qədər davam etdirməyi planlaşdırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.