Dünya

Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir

4 May 2022 14:12
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz bunun üçün imkanlarımızı nəzərdən keçiririk. Həmçinin tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu, çox vacibdir", - o söyləyib.

Şarl Mişel Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul etdiyini vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.